Taylandda polis postunda terror hadisəsi oldu

339 8-08-2023, 00:41 Araşdırma / Hadisə / Kriminal

Taylandda polis postunda terror hadisəsi oldu

Taylandda polis postunda terror hadisəsi olub.
Altv1.info.az xəbər verir ki, Taylandın cənub bölgələrində yerli əhali ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir, polis postuna isə dünən axşam minalanmış avtomobildə hücum edilib.
Hadisə ətrafdakı müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.
Görüntülərə əsasən, hücum nəticəsində avtomobil yol polisi postunun qarşısında dayandıqdan sonra sürücüsünün avtomobildən düşdüyü, yan tərəfdə gözləyən motosikletə mindiyi və hadisə yerindən uzaqlaşdığı müşahidə edilib.
Sürücü qaçdıqdan bir neçə saniyə sonra avtomobil ciddi şəkildə partladı və ətraf mühitə ciddi maddi ziyan vurdu, partlayış zamanı avtomobilin yanında başqa bir nəqliyyat vasitəsinin olmaması insan itkisinin qarşısını aldı.

Altv1.info.az

XƏBƏR LENTİ