Jalə Hacıyeva Əhmədovna

78 3-10-2024, 10:11 Təhsil


5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edirik.

Əziz müəllimlər!

Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik!

Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib. Bu baxımdan şərəfli missiya daşıyıcısı olan müəllim təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb. Elə buna görə də hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücünə bərabərdir.

Sevindirici haldır ki, ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır. Bunu həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir. Bu bizim gələcək hədəflərimizin əsas qaynağıdır.

Əziz müəllimlərimiz, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik, gələcək uğurlarınızın davamlı olmasını arzulayırıq!

XƏBƏR LENTİ