AMB rəsmisi: "Mediasiya institutu keyfiyyətli mexanizmdir"

19 10-07-2023, 14:56 Cəmiyyət

AMB rəsmisi: "Mediasiya institutu keyfiyyətli mexanizmdir"

"Mediasiya institutu maliyyə mübahisələrinin həlli üçün keyfiyyətli mexanizmdir".
Altv1.info.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda Elmi-Praktik Konfransda bildirib.
"AMB investorların hüquqlarının müdafiəsi və mübahisələrin həlli mexanizmlərinin genişləndirilməsi məsələlərini müzakirə etmək üçün Mediasiya Şurası ilə müvafiq əməkdaşlıq memorandumu imzalayıb. Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılması üçün qanunvericiliyə ciddi əməl etməyə, tənzimləyici tərəfindən hazırlanmış metodiki rəhbərliyə diqqət yetirməyə ehtiyac var. Alternativ mübahisələrin həlli mexanizmi kimi Mediasiya Şurası ilə əməkdaşlığımız bunun effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər", - deyə o qeyd edib.

XƏBƏR LENTİ