Zaqatalada itkin düşən turistlərin yeri müəyyənləşib - YENİLƏNİB

32 24-07-2023, 21:12 Cəmiyyət

Zaqatalada itkin düşən turistlərin yeri müəyyənləşib - YENİLƏNİB

Zaqatala rayonunun Qəbizdərə kəndi yaxınlığında dağlıq ərazidə yolu azaraq itkin düşən yerli turistlərin yeri müəyyən edilib və hal-hazırda onların çətin keçidli meşə massivindən təxliyəsi həyata keçirilir.
Bu barədə Altv1.info.az-a FHN-in mətbuat xidmətindən bildirilib.
10:36
Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüblər.
Altv1.info.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
Bildirib ki, dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.

Altv1.info.az

XƏBƏR LENTİ