“Özü ilə bağlı pul istəsəydi, etməzdim”

26 12-06-2023, 11:52 Cəmiyyət

“Özü ilə bağlı pul istəsəydi, etməzdim”

Müğənni Kərim Abasov hazırda həbsdə olan eks-həyat yoldaşı, prodüser Təranə Səmədova haqqında danışıb.
Altv1.info.az xəbər verir ki, “Səhərin səsi” verilişində qonaq olan ifaçı Səmədovanın həbs olunmamışdan əvvəl ona zəng etdiyini bildirib:
“Mənə ilişənlər ya tutulur, ya da ölüb gedir. Mənə zəng etdi, səsini eşidib dəstəyi yerə qoydum. Yenidən zəng etdi, dedi bir dəqiqə gözlə, sözüm var. O danışanda bütün keçmiş gözümün qabağından keçdi. Söylədi ki, balalarım acından ölür.
Bu sözündən sonra ona pul göndərdim. Özü ilə bağlı pul istəsəydi, etməzdim. Edir atalar, analar, çəkir balalar. Balaları nə etsin ki, anası naxələfdir. Bala istəməzdi ki, anası həbsdə olsun. Ananın bir ağılsızlığından… Allah qapısını açsın. Öz həyat tərzini düzəltsin. Pisliklərindən əl çəksin”.
Xatırladaq ki, T. Səmədova bu ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, K. Abbasov 2008-ci ildə T. Səmədova ilə ailə həyatı qurub. Cütlük daha sonra qalmaqallı şəkildə boşanıb. Kərim ikinci dəfə evlənib, bir oğlu var. Təranənin isə iki qızı var.
Altv1.info.az

XƏBƏR LENTİ