Evdə dəhşət yaşandı: 6 aylıq körpə öldü
3 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, yanğın nəticəsində 6 aylıq körpə ölüb, 5 nəfər isə yaralanıb. Yanğın gecə saatlarında Cümhuriyyət məhəlləsi İrfan küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində suriyalı ailənin yaşadığı mənzildə baş verib.
Yanğını görənlər hadisə yerinə xilasetmə və polis qrupları çağırıb
İlkin məlumata görə, hadisənin elektrik təması nəticəsində yarandığı güman edilir.
Altv1.info.az