İlon Maskın başı bəladadır: 24 saat vaxt verildi

1 541 11-10-2023, 10:30 Dünya

İlon Maskın başı bəladadır: 24 saat vaxt verildi

Avropa İttifaqı (Aİ) Komissiyası son günlər X sosial media platformasında zorakılıq ehtiva edən qeyri-qanuni məzmun və dezinformasiyaların yayıldığını qeyd edib.
Altv1.info.az xarici mənbəyə istinadən xəbər verir ki, Aİ bu tip məzmunların xəbərdarlıqlara baxmayaraq silinmədiyini və şirkətin sahibi İlon Maska onları silmək üçün 24 saat vaxt verildiyini bildirib.
Rəqəmsal xidmətlərə cavabdeh olan Aİ Komissiyasının üzvü Tyeri Breton, əvvəllər Twitter olan X platformasının sahibi İlon Maska məktub göndərib. X platformasında göndərdiyi məktubu paylaşan Bretonun sözlərinə görə, Həmasın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının İsrailə hücumundan sonra X platformasında qeyri-qanuni məzmun və dezinformasiyanın yayılması üçün istifadə edildiyinə dair əlamətlər var.
Breton qeyd edib ki, bunlar arasında İsrail-Fələstin münaqişəsi ilə heç bir əlaqəsi olmayan, köhnə və hətta kompüter oyunlarından olan hissələri də ehtiva edən şəkillər var. "Növbəti 24 saat ərzində bu sorğuya tez, dəqiq və tam cavab verməyinizi xahiş edirəm" deyə Breton bildirib.
Sonda Breton mümkün araşdırmalar açıldıqdan və uyğunsuzluq aşkar edildikdən sonra cəzalar tətbiq olunacağı ilə bağlı şirkətin saibi İlon Maska xəbərdarlıq edib.

Altv1.info.az

XƏBƏR LENTİ