Qəzzada mülki şəxslər xəbərdarlıqdan sonra evlərinə qayıda biləcəklər - YENİLƏNİB

613 13-10-2023, 09:30 Dünya

Qəzzada mülki şəxslər xəbərdarlıqdan sonra evlərinə qayıda biləcəklər - YENİLƏNİB

Təxliyə əmri verilən Qəzza şəhərində mülki şəxslər yalnız müvafiq xəbərdarlıq edildikdən sonra evlərinə qayıda biləcəklər.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
İsrailin Birləşmiş Millətlər Təşkilatına(BMT) müraciətində qeyd olunur ki, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna köçməlidir.
Bu barədə təşkilatının baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.
Lakin BMT-nin cavabında qeyd olunub ki, mülki əhalinin belə bir yerdəyişməsi dağıdıcı humanitar nəticələr olmadan baş verə bilməz.
BMT İsraili bu tələbi ləğv etməyə çağırır.

Altv1.info.az

XƏBƏR LENTİ