Castin Biberin İsraillə bağlı səhvi tənqid edildi - Fotolar

2 810 13-10-2023, 10:30 Dünya

Castin Biberin İsraillə bağlı səhvi tənqid edildi - Fotolar

Dünyaca məşhur kanadalı müğənni Castin Biber sosial media hesabında İsraillə bağlı paylaşım etmək istəyərkən səhvə yol verib.
Altv1.info.az xəbər verir ki, ifaçı instaqramda, hekayə bölümündə səhvən Qəzzadan foto paylaşaraq, İsrail yazıb. Bu da izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Bunun fərqinə varan Castin fotonu silərək başqa bir dəstək paylaşımı edib. Lakin əvvəlki paylaşım sosial mediada yayılaraq tənqid olunub.





Altv1.info.az

XƏBƏR LENTİ