Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirildi

21 16-06-2023, 11:32 Dünya

Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirildi

Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun keçirildiyi “Ekspoforum” ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
Altv1.info.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb. Polis əməkdaşları forum iştirakçılarının nəqliyyat vasitələrinə, sənəd və şəxsi əşyalarına baxış keçirir. Şəxsi əşyaların yoxlanılması üçün xidməti itlərdən də istifadə edilir.
Məlumata görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 14-dən keçirilsə də, əvvəlki günlərdə təhlükəsizlik tədbirləri bu dərəcədə sərt olmayıb.
Qeyd edək ki, bu gün forum çərçivəsində Rusiya Prezidenti Vladimir Putin BƏƏ-li həmkarı Məhəmməd bin Zayed Al Nahyan ilə görüş keçirəcək. Belə ki, BƏƏ Prezidenti forumda əsas qonaq qismində iştirak edir. Tədbir iyunun 17-nə qədər davam edəcək.

Altv1.info.az

XƏBƏR LENTİ