Ekvador tarixində ən gənc Prezident seçildi

742 16-10-2023, 10:00 Dünya

Ekvador tarixində ən gənc Prezident seçildi

Ekvadorda keçirilən prezident seçkilərinin ikinci turunda “Milli Demokratik Hərəkat” alyansının namizədi Daniel Noboa qalib gəlib.
Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, səslərin 90,23 %-nin hesablanmasına əsasən, Noboa 52,29 % göstərici ilə qələbə qazanıb. Onun “Vətəndaş inqilabı” hərəkatından əsas rəqibi Luis Qonzales isə 47,71 % səs toplaya bilib.
Ölkənin ən varlı sahibkarlarından birinin oğlu olan 35 yaşlı Daniel Noboa ölkə tarixinin ən gənc prezidenti olacaq.







Altv1.info.az

XƏBƏR LENTİ