Qəzzada xəstəxananın vurulması nəticəsində ölənlərin sayı 800-ü ötdü

485 18-10-2023, 09:00 Dünya

Qəzzada xəstəxananın vurulması nəticəsində ölənlərin sayı 800-ü ötdü

Qəzza zolağında xəstəxanaya endirilən zərbə nəticəsində həlak olanların sayı 800-ü ötüb.
Altv1.info.az xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.
Ölənlərin sayının artacağı istisna edilmir. Belə ki, dağıntılar altında çox sayda insanın olduğu bildirilir. Hazırda xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İlkin məlumatda 500 nəfərin öldüyü bildirilirdi. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini deyib. İsrailin Baş naziri Benyamin Netanyahu israilli hərbçilərin xəstəxanaya zərbə endirmədiyini açıqlayıb. Fələstin Prezidenti Mahmud Abbas isə öz növbəsində hücumun İsrail tərəfindən edildiyini bəyan edib. İnsidentlə bağlı Fələstində 3 günlük matəm elan edilib.

Altv1.info.az

XƏBƏR LENTİ