İsrail xəstəxanaya hücumla bağlı araşdırmanın nəticəsini açıqladı

1 257 18-10-2023, 11:40 Dünya

İsrail xəstəxanaya hücumla bağlı araşdırmanın nəticəsini açıqladı

İsrailin Müdafiə Ordusu Qəzza zolağında xəstəxanaya endirilən zərbə ilə bağlı həyata keçirdiyi araşdırmanı başa çatdırıb
Altv1.info.az TASS-a istinadən xəbər verir ki, İsrail ordusunun rəsmi nümayədəsi Daniel Haqari brifinqdə araşdırmanın nəticəsini elan edib.
“İsrail Müdafiə Ordusu araşdırmanı başa çatdırıb və təsdiq edir ki, xəstəxanada partlayışa görə məsuliyyəti “İslami cihad” qruplaşması daşıyır”, - deyə Haqari qeyd edib.O, xəstəxanada partlayış baş verən ərazidə adətən İsrail silah-sursatının istifadəsindən sonra yaranan kraterin olmadığına diqqət çəkib. İsrail ordusunun nümayəndəsi əlavə edib ki, hadisəyə İsrail raketi səbəb olsaydı, bu kraterin yaranmasına və ətrafdakı binalara ciddi ziyanın dəyməsinə gətirib çıxarardı.
Onun sözlərinə görə, oktyabrın 7-dən bu günə qədər fələstinli radikallar tərəfindən atılan 450-yə yaxın raket anklavın öz ərazisinə düşüb.
Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bildirib. İsrailin Baş naziri Benyamin Netanyahu israilli hərbçilərin xəstəxanaya zərbə endirmədiyini açıqlayıb. Fələstin Prezidenti Mahmud Abbas isə, öz növbəsində hücumun İsrail tərəfindən edildiyini bəyan edib. İnsidentlə bağlı Fələstində 3 günlük matəm elan edilib.

Altv1.info.az

XƏBƏR LENTİ