Rusiya təyyarəsi Tacikistanda havaya qalxarkən yandı
Tacikistanın Hisar hava limanında Rusiyanın İl-76 nəqliyyat təyyarəsi havaya qalxarkən yanıb.
Altv1.info.az xəbər verir ki, bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.
İlkin məlumata görə, mühərriklərdən birində yanğın baş verib. Təyyarə uçuş-enmə zolağından çıxıb və tamamilə yanıb. Təyyarənin ekipajından xəsarət alan olmayıb.
Altv1.info.az