İsrail əsgərləri 2 fələstinlini öldürüb

380 24-10-2023, 11:00 Dünya

İsrail əsgərləri 2 fələstinlini öldürüb

İşğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərlərinin açdığı atəş nəticəsində 2 fələstinli həyatını itirib, 4 fələstinli isə yaralanıb.
Altv1.info.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə İsrail qüvvələri Ramallahın şimalındakı Əl-Cələzun Qaçqınlar Düşərgəsinə hücum edib.
İsrail əsgərlərinin açdığı atəş nəticəsində 2 fələstinli həyatını itirib, 4 fələstinli isə ağır yaralanıb.
İsrail əsgərləri gecə boyu işğal altındakı İordan çayının qərb sahilinə basqın edərkən, Fələstinlilər Tulkərimdəki basqınlara atəşlə cavab verib.

Altv1.info.az

XƏBƏR LENTİ