Qəzzada bir gündə 700-dən çox insan öldü

25 25-10-2023, 09:00 Dünya

Qəzzada bir gündə 700-dən çox insan öldü

Son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 700-dən çox fələstinli həlak olub.
Altv1.info.az xəbər verir ki, bu haqda Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, bununla da oktyabrın 7-dən indiyə kimi Qəzzada ölənlərin sayı 5800-ə çatıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Altv1.info.az

XƏBƏR LENTİ