Məktəbə silahlı hücum: 1 şagird ölüb, 3 nəfər yaralanıb.

782 25-10-2023, 10:20 Dünya

Məktəbə silahlı hücum: 1 şagird ölüb, 3 nəfər yaralanıb.

Braziliyada məktəbə silahlı hücum nəticəsində şagirdlərdən 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Altv1.info.az xarici mənbəyə istinadən xəbər verir ki, ölkənin San-Paulu ştatında Sapopemba dövlət məktəbinə silahlı basqın zamanı 15 yaşlı gənc təsadüfi atəş açıb. Hücum nəticəsində 1 şagird ölüb, 3 azyaşlı isə yaralanıb.
Polisin səyi nəticəsində təqsirli bilinən şəxs qaçmaq istəyərkən yaralı halda saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanıldığı ilə bağlı məlumat verilib.
Qeyd edək ki, sonuncu dəfə Martın 13-də San-Pauluda məktəbə edilən silahlı hücumda bir müəllim ölüb, dörd şagird yaralanıb.

Altv1.info.az

XƏBƏR LENTİ