“Rusiya hökumətini HƏMAS terrorçularını dərhal ölkədən çıxarmağa çağırırıq”
İsrail Xarici İşlər Nazirliyi HƏMAS nümayəndələrinin Moskvaya səfərini pisləyib.
Altv1.info.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail XİN bəyanat yayıb.
"İsrail HƏMAS-ın yüksək səviyyəli rəsmilərinin dəvətini Moskvanın terrora dəstək verən və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən addım kimi qiymətləndirir. Biz Rusiya hökumətini HƏMAS terrorçularını dərhal ölkədən çıxarmağa çağırırıq", - deyə İsrail XİN-dən bildirilib.
Qeyd edək ki, HƏMAS-ın nümayəndə heyətinin üzvləri Rusiyaya səfərə gedib
Altv1.info.az