ABŞ-də ilk dəfə HDQ Baş Qərargahına qadın rəhbər təyin edildi

504 3-11-2023, 10:00 Dünya

ABŞ-də ilk dəfə HDQ Baş Qərargahına qadın rəhbər təyin edildi

ABŞ Senatı ölkə tarixində ilk dəfə Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə qadın təyin edib.
Altv1.info.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, sözügedən şəxs admiral Liza Françettidir. Bundan əlavə, 59 yaşlı Françetti Birləşmiş Qərargah Rəisləri Komitəsinin tərkibinə də daxil olan ilk qadın olub.
95 senator onun namizədliyini dəstəkləyib, yalnız bir nəfər etiraz edib.



Altv1.info.az

XƏBƏR LENTİ