İsrailin Qəzzaya hücumları nəticəsində 48 jurnalist həlak olub

25 7-11-2023, 09:00 Dünya


Qəzza zolağındakı Fələstin hökuməti oktyabrın 7-dən bəri İsrailin Qəzzaya hücumları nəticəsində 48 jurnalistin öldüyünü açıqlayıb.
Altv1.info.az xəbər verir ki, Hökumət Media Ofisindən verilən yazılı açıqlamada Əl-Əqsa Radiosunda çalışan Yəhya Əbu Meniyanın hücumlarda həyatını itirdiyi bildirilib.
Açıqlamada İsrail ordusunun bombardmanlarında həyatını itirən mətbuat mənsublarının ailələrinə, yaxınlarına və bütün həmkarlarına başsağlığı verilib.

Altv1.info.az

XƏBƏR LENTİ