Kılıçdaroğlu sədrlikdən yola salındı - Fotolar
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbədənkənar qurultayından sonra təhvil-təslim mərasimi baş tutub.
Altv1.info.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-nin Ümumi Qərargahında keçirilən mərasimdə partiyanın buna qədərki sədri Kamal Kılıçdaroğlu vəzifəsini yeni sədr Özgür Özələ təhvil verib.
Xatırladaq ki, Özgür Özəl CHP-nin yeni sədri seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.
Altv1.info.az