İordaniyada hərbi helikopterin qəzaya uğraması nəticəsində pilot həlak olub

15 20-06-2023, 11:36 Dünya

İordaniyada hərbi helikopterin qəzaya uğraması nəticəsində pilot həlak olub

İordaniya ordusu dünən hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanan iki pilotdan birinin öldüyünü açıqlayıb.
Altv1.info.az xəbər verir ki, İordaniya ordusundan verilən məlumata görə, təlim uçuşu zamanı "Kobra" tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində yaralanan Kral Hərbi Hava Qüvvələrinin üzvü mayor pilot Əli Əhməd Mahmud əl-Harasis ölüb.
Ötən gün təlim uçuşu zamanı hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilotun yaralandığı və Əmmandakı hərbi hospitalda müalicə aldığı bildirilib.

XƏBƏR LENTİ