Qəzzadan gələn xəstələr Türkiyədə - Fotolar

443 16-11-2023, 11:30 Dünya

Qəzzadan gələn xəstələr Türkiyədə - Fotolar

27 xərçəng xəstəsi müalicələri üçün Qəzzadan Türkiyəyə gətirilib.
Altv1.info.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Misirin Əl Ariş hava limanından qalxan iki təyyarə Ankara Esenboğa hava limanına eniş edib.
Yol boyu 9 türkiyəli həkim xəstələrin yanında olub, onların sağlamlıq vəziyyəti nəzarətdə saxlanılıb. Xəstələrin müalicəsi Bilkent Şəhər Xəstəxanasında davam etdiriləcək.

Hava limanında xəstələri qarşılayanlar sırasında ölkənin səhiyyə naziri Fahrettin Koca və digər yüksəkvəzifəli məmurlar da olub.





Altv1.info.az

XƏBƏR LENTİ