Şolts buna görə Ərdoğana təşəkkür etdi

129 18-11-2023, 09:30 Dünya

Şolts buna görə Ərdoğana təşəkkür etdi

Almaniya kansleri Olaf Şolts Türkiyənin Ukraynadan taxıl ixracında konstruktiv və mühüm rol oynadığı üçün Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Altv1.info.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“Türkiyə Ukraynadan taxıl ixracında konstruktiv və əhəmiyyətli rol oynadı. Prezident Ərdoğana şəxsi töhfəsinə görə təşəkkür edirəm”, - deyə Şolts vurğulayıb.
Dünyada bir çox böhranla qarşılaşdıqlarını bildirən Şolts Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulması mövzusunda Ərdoğanla həmfikir olduqlarını bildirib.
Həmçinin, Şolts İsveçin NATO-ya üzvlük protokolu ilə bağlı təklifin Türkiyə Böyük Millət Məclisinə təqdim edildiyini xatırladıb. O, İsveçin təşkilata üzv olacağına da inandığını qeyd edib.

Altv1.info.az

XƏBƏR LENTİ