Ukrayna Dünya Bankından 1,1 milyard dollar ala bilər

343 18-11-2023, 10:00 Dünya

Ukrayna Dünya Bankından 1,1 milyard dollar ala bilər

Ukrayna sosial ödənişlər üçün Dünya Bankından 1,1 milyard dollar kredit ala bilər.
Altv1.info.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
“Ukrayna tərəfdaşlarından pul cəlb etməkdə davam edir. Dünya Bankından 1,1 milyard dollara yaxın kredit. Biz onlardan sosial ödənişlər, təhsil, tibb və digər prioritet ehtiyaclar üçün istifadə edəcəyik”, - Şmıqal qeyd edib.

Altv1.info.az

XƏBƏR LENTİ