Rusiya: "Ukrayna 6 aylıq əks-hücumda 125 min əsgər və 16 min silah itirib"

21 2-12-2023, 09:30 Dünya

Rusiya: "Ukrayna 6 aylıq əks-hücumda 125 min əsgər və 16 min silah itirib"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın əks hücum zamanı 125 mindən çox əsgər və 16 mindən çox silah itirdiyini iddia edib.
Altv1.info.az xəbər verir ki, Şoyqu Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşdə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlamalar verib.
"Bu çıxılmaz hərəkətlər Ukrayna Silahlı Qüvvələrinin bölmələrində itkiləri daha da artırdı. 6 aylıq əks-hücum adlanan əməliyyatda düşmən 125 mindən çox insan və 16 min müxtəlif silah itirdi" ,- deyə o bildirib.
Şoyqu rus əsgərlərinin faydalı mövqeyə gəldiyini və bütün istiqamətlərdə nəzarət sahələrini genişləndirdiyini bildirib.

Altv1.info.az

XƏBƏR LENTİ