ABŞ-ın Suriyadakı bazaları raket atəşinə tutulub

322 17-12-2023, 09:00 Dünya

ABŞ-ın Suriyadakı bazaları raket atəşinə tutulub

ABŞ-ın Suriyadakı iki bazası raket atəşinə tutulub.

Bu barədə Rusiya mətbuatı yerli mənbələrə istinadən xəbər verib.

Belə ki, Suriyanın şimal-şərqindəki Əz-Həsəkə şəhərindəki Əl-Zəxriyə hava limanındakı Amerika bazası raket atəşinə məruz qalıb. Raketlərin əksəriyyəti bazaya düşüb.

ABŞ-ın Deyr əz-Zor əyalətindəki "Ömər" neft yatağındakı bazası da atəşə məruz qalıb. Yatağın ərazisinə dörd raket düşüb.

Altv1.info.az

XƏBƏR LENTİ