Yaşar Gülər: "F-16-ların tədarükü ilə bağlı ABŞ-la texniki danışıqları başa çatdırmışıq"

352 17-12-2023, 09:30 Dünya

Yaşar Gülər: "F-16-ların tədarükü ilə bağlı ABŞ-la texniki danışıqları başa çatdırmışıq"

Türkiyə və ABŞ Ankaraya Amerikanın F-16 qırıcılarının satışı və mövcud təyyarələrin modernləşdirilməsi ilə bağlı texniki danışıqları başa çatdırıb.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.

"Biz 40 ədəd "F-16 Block" 70 təyyarəsi üçün satınalma prosesinin gedişini və ABŞ-dan 79 təkmilləşdirmə dəstinin alınmasını izləyirik. ABŞ ilə texniki görüşlərimiz başa çatıb. Həmsöhbətlərimizə bildiririk ki, məsələ ilə bağlı müsbət və konkret addımlar gözləyirik, ümid edirik ki, proses ən qısa zamanda başlayacaq", - nazir bildirib.

Gülər ​​qeyd edib ki, silah tədarükü kontekstində ən mühüm məsələ müttəfiqlərin bir-birinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməməsini təmin etməkdir: "Müttəfiqlər Türkiyənin qlobal və regional funksiyasını aydın şəkildə anlamalı və məhdudlaşdırıcı təcrübələrdən dərhal imtina etməlidirlər. Güclü Türkiyə və onun güclü ordusü güclü NATO və terrora qarşı effektiv mübarizədir".

Altv1.info.az

XƏBƏR LENTİ