ABŞ-ın ən gözəl qızı seçildi: Hərbçi zabitdir

20 17-01-2024, 10:00 Dünya

ABŞ-ın ən gözəl qızı seçildi: Hərbçi zabitdir

ABŞ-da ABŞ Hərbi Hava Qüvvələrinin zabiti "Miss America 2024" müsabiqəsinin finalçısı olub.
Altv1.info.az Lent.az-a istinadən məlumat verir ki, yanvarın 14-də Florida ştatının Orlando şəhərində keçirilən milli gözəllik müsabiqəsində ABŞ Hərbi Hava Qüvvələrinin kiçik leytenantı olan 22 yaşlı Medison Marş Amerikanın ən gözəl qızı seçilib. Qız tarixdə "Miss America" titulunu qazanan ilk ABŞ Hərbi Hava Qüvvələri zabiti oldu. İkinci yeri Texasdan olan iştirakçı Elli Bro qazanıb.
Müsabiqədə ümumilikdə 51 qız iştirak edib - ABŞ-ın hər ştatından biri və Kolumbiya dairəsindən bir namizəd. Yarımfinala 11 iddialı çıxıb. Onlar dörd rəqabət raundunda - moda nümayişi, aktual mövzuların müzakirəsi, istedad yarışması və axşam paltarlarının təqdimatı üzrə yarışıblar.
İstedad müsabiqəsindəki çıxışında Marş 16 yaşında pilot lisenziyasını necə aldığını izah edib.





XƏBƏR LENTİ