Bal ayı üçün getdikləri oteldə zəhərlənərək öldülər

19 26-01-2024, 10:00 Dünya

Bal ayı üçün getdikləri oteldə zəhərlənərək öldülər

Yeni evli cütlük bal ayı üçün getdikləri oteldə zəhərlənərək ölüb.

Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Kapadokya şəhərində baş verib.

Otel otağında dəm qazından zəhərlənən cütlüyün cansız cəsədləri saatlar sonra otel otağında tapılıb. Nevşehir Respublika Prokurorluğu tərəfindən aparılan istintaq tamamlanıb. Ağır Cəza Məhkəməsinin qəbul etdiyi iddianamədə 3 şübhəli şəxs haqqında 'ehtiyatsızlıqdan ölümə səbəb olmaq' iddiası ilə məhkəməyə verilib.

Araşdırmalar nəticəsində məlum olub ki, gənc cütlüyün qaldığı otaq əvvəllər anbar olub.



Altv1.info.az

XƏBƏR LENTİ