Makronun açıqlamaları Ukraynada gərginliyi artırır - Krozetto
Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır.
Altv1.info.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto deyib.
O bildirib ki, belə bəyanatların məqsədini və faydasını başa düşmür:
“İtaliya ordusu heç bir halda Ukraynadakı müharibəyə cəlb oluna bilməz. Kimsənin buna şübhəsi olmamalıdır. Biz Ukraynaya dəstək göstəririk. Lakin həm də hərbçilərimizin bu müharibəyə birbaşa müdaxiləsini hər zaman istisna etmişik”.