Baydenin müşaviri ilə görüşmək üçün Vaşinqtona gedir

17 3-07-2023, 10:35 Dünya

Baydenin müşaviri ilə görüşmək üçün Vaşinqtona gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Vaşinqtona gedəcək.
Altv1.info.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının Mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksəkvəzifəli şəxslərlə görüşü nəzərdə tutulub.
Qeyd olunur ki, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Digər təfərrüatlar açıqlanmır.
Xatırladaq ki, iyunun 27-29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Virciniya ştatının Arlinqton şəhərində yerləşən Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar.
Onlar Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

XƏBƏR LENTİ