“Bu cür hallardan iyrənirəm” - Roma Papası

16 3-07-2023, 11:25 Dünya

“Bu cür hallardan iyrənirəm” - Roma Papası

Roma Papası Fransisk İsveçin paytaxtı Stokholmun əsas məscidi yaxınlığında Quranın yandırılmasına münasibət bildirib.
Altv1.info.az xəbər verir ki, o bu barədə “Al-Ittihad” qəzetinə müsahibəsində danışıb.
“Mən qəzəblənmişəm, bu cür hallardan iyrənirəm. Xalqın müqəddəs hesab etdiyi hər hansı bir kitaba möminlərə hörmət naminə hörmətlə yanaşılmalıdır”.
O əlavə edib ki, söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir.

XƏBƏR LENTİ