Zelenski Kaxovka SES-ə görə Təhlükəsizlik Şurasının iclasını çağırır

20 6-06-2023, 09:14 Dünya







Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka su elektrik stansiyasının bəndinin partladılmasına görə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) iclasını çağırır.

“Report” xəbər verir ki, bu barədə MTMŞ-nin katibi Oleksiy Danilov tviterdə yazıb.

Xatırladaq ki, Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi partladılıb. İnsidentdə tərəflər bir-birini ittiham edirlər.

XƏBƏR LENTİ