“NATO-nun Ukraynanı alyansa qəbul etmək üçün bir ili qalıb”

16 5-07-2023, 12:15 Dünya

“NATO-nun Ukraynanı alyansa qəbul etmək üçün bir ili qalıb”

NATO-nun Donald Trampın 2024-cü il prezident seçkilərində mümkün qələbəsinə qədər Ukraynanı alyansa qəbul etmək üçün cəmi bir ili qalıb.
altv1.info.az xəbər verir ki, bu barədə köşə yazarı Rocer Boyesin “The Times” qəzetində dərc edilmiş məqaləsində deyilir.
“Bunun üçün (Kiyevin ittifaqa daxil olması-red.) NATO-nun cəmi bir ili var, çünki gələn il Vaşinqton sammiti (NATO-red.) Donald Trampın Ağ Evə qayıtmasından əvvəl Baydenin son təntənəli anı ola bilər”, - o yazıb.
Müəllif qeyd edir ki, Trampın 2024-cü ildə ABŞ Prezidenti seçiləcəyi təqdirdə Ukrayna artıq indiki kimi yüksəksəviyyəli hərbi yardıma arxalana bilməyəcək.
Xatırladaq ki, daha əvvəl NATO Baş katibi Yens Stoltenberq bildirib ki, münaqişə zamanı Ukraynanın alyansa daxil olması mümkün deyil, alyans ölkələri və Kiyev bunu başa düşürlər.

XƏBƏR LENTİ