Ərdoğan Baydenlə telefon danışığı aparıb

16 10-07-2023, 11:18 Dünya

Ərdoğan Baydenlə telefon danışığı aparıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezident administrasiyasından bildiriblər.
Məlumata əsasən, söhbət zamanı Ukrayna və İsveçin NATO-ya üzvlüyü, F-16 qırıcılarının tədarükü və Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü prosesi müzakirə edilib. Dövlət başçıları həmçinin NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək və Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətləri və regional məsələləri ətraflı müzakirə etmək barədə razılığa gəliblər.

Altv1.info.az

XƏBƏR LENTİ