Qonur ayı 66 inəyi parçaladı

381 24-08-2023, 09:00 Dünya

Qonur ayı 66 inəyi parçaladı

Təbiətin qara kabusu adlandırılan "Ninja" ləqəbli qonur ayı heyvanları məhv edib.
Altv1.info.az xarici mənbəyə istinadən xəbər verir ki, səlahiyyətlilər Yaponiyanın şimalında yaşayan qonur ayının 66 inəyə hücum edərək parçaladığını bildirib. Ayını uzaqdan görən inəklər qaçmağa başlayıb.
Ayı əslində 2019-cu ildən Yaponiyanın seyrək məskunlaşdığı əsas şimal adası olan Hokkaydonun şərq bölgələrində mal-qaraya hücum edir. Yaponiyada qonur ayılar yalnız Hokkaydoda yaşayır. Onların sayının burada 12 min olduğu təxmin edilir. Lakin ayılar insanlarla təmasda olduqda, bir sıra artan problemlərə səbəb olur.
Mütəxəssislər Hokkaydoda gölün yaxınlığında insan başı tapıldıqdan sonra bir nəfərin boz ayı tərəfindən parçalanaraq başını kəsdiyini bildirib.

Altv1.info.az

XƏBƏR LENTİ