Dəhşətli hadisə:Müdiri tərəfindən GÜLLƏLƏNDİ

307 7-09-2023, 09:00 Dünya

Dəhşətli hadisə:Müdiri tərəfindən GÜLLƏLƏNDİ

Türkiyənin Trabzon rayonunda 41 yaşlı Efsun İsgent mübahisə etdiyi müdiri Celil Hacısalihoğlu tərəfindən vəhşicəsinə güllələnib.
Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, müdir E.İsgent evinə gəlib.
Onların arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə böyüyükdən sonra müdir özü ilə gətirdiyi silahla qadına atəş açıb. Qadın qarnına dəyən güllədən yaralanıb. Ağır yaralanan E.İsgent xəstəxanaya aparılıb.
Polis tərəfindən saxlanılan müdir tapançanın təsadüfən açıldığını, öldürmək niyyətinin olmadığını bildirib. O, məhkəmə qərarı ilə həbs edilib.


Altv1.info.az

XƏBƏR LENTİ