Ukrayna XİN Qarabağda keçirilmiş qondarma prezident seçkisi ilə bağlı bəyanat yaydı

612 9-09-2023, 09:00 Dünya

Ukrayna XİN Qarabağda keçirilmiş qondarma prezident seçkisi ilə bağlı bəyanat yaydı

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma prezident seçkisinin tanınmaması ilə bağlı bəyanat yayıb.
Bəyanat nazirliyin rəsmi səhifəsində dərc olunub.
"Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Qarabağ (Azərbaycan Respublikası) ərazisində qondarma prezident seçkisinin keçirilməsini pisləyir.
"Bu cür qondarma prezident seçkisinin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, bu seçkilərin nəticələri isə əhəmiyyətsizdir.
Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edir və Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həlli mövqeyindən çıxış edir", - deyə bəyanatda bildirilib.

Altv1.info.az

XƏBƏR LENTİ