Polis təqibi nəticəsində həyatını itirən gənc Türkiyəyə gətirildi

550 12-09-2023, 10:30 Dünya

Polis təqibi nəticəsində həyatını itirən gənc Türkiyəyə gətirildi

Fransanın Elankurt şəhərində polis maşını ilə motosikletin toqquşması nəticəsində ağır yaralanaraq beyin ölümü keçiriən türkiyəli yeniyetmə Sefa Şahin Türkiyəyə gətirilib.
Altv1.info.az xarici mənbəyə istinadən xəbər verir ki, polis maşınının motosikletlə toqquşması nəticəsində beyin ölümü keçirən 16 yaşlı Şahinin ailəsi müalicəsinin Türkiyədə davam etməsini tələb edib.
Ailəsi gəncin ölkədəki sağlamlıq şərtlərinə uyğun gəlməyən bir xəstəxanada müalicə olunduğunu deyib. Bununla yanaşı, həkimlərin beyin ölümü keçirdiyi üçün gəncin aparatdan ayılmasını istəyiblər. Ailə Sefa Şahinin sağlamlığına qovuşacağına inanaraq İstanbula köçürmək istədiklərini bildiriblər.
Fransa səfirliyi və Türkiyə baş konsulluğunun təşəbbüsləri ilə göndəriş icazəsini alan Şahin ailəsi kirayə götürdükləri şəxsi sağlamlıq təyyarəsi ilə Sefa Şahini Türkiyəyə gətirib. Şahinin müalicəsinin İstanbuldakı özəl xəstəxanalardan birində davam etdiriləcəyi deyilib.

Altv1.info.az

XƏBƏR LENTİ