Nizami rayonunda Polis Günü qeyd olundu - Fotolar

650 2-07-2024, 13:58 Gündəm / Sosial

Nizami rayonunda Polis Günü qeyd olundu - Fotolar

Bakının Nizami rayonunda 2 iyul-Polis Günü qeyd olunub.

Altv1.info.az xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Nizami Rayon Mühafizə Polisi İdarəsinin rəisi, polis polkovniki Elşən Camalov və digər vəzifəli şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Nizami Rayon Mühafizə Polisi İdarəsinin rəisi Elşən Camalov dövlətimizin formalaşmasında, milli maraqlarımızın qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında danışıb.

O, Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirərək, peşəkarlığın artırılması, maddi-texniki bazanın beynəlxalq standartlar səviyyəsində qurulması və polis işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasının dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirildiyini nəzərə çatdırıb.

Elşən Camalov Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmənin vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verdiyini vurğulayıb.

Daha sonra icra başçısı Coşqun Cəbrayılov xidmətdə fərqlənən 5 polis əməkdaşını fəxri fərmanla təltif edib.

Tədbirdə çıxış edənlər digər iştirakçılar polis əməkdaşlarının dövlətin keşiyində dayandığı, hər zaman ayıq-sayıq olduğunu vurğulayıb.








XƏBƏR LENTİ