ZAXAROVANI DANIŞDIRAN SƏBƏBLƏR, SUSDUĞU MƏQAMLAR... - Bakı artıq qərarını verib...

16 7-07-2023, 12:14 Gündəm

ZAXAROVANI DANIŞDIRAN SƏBƏBLƏR, SUSDUĞU MƏQAMLAR... - Bakı artıq qərarını verib...

“Biz Qarabağda atəşkəs rejiminin pozulması hallarının artması və Laçın yolunun davam edən blokadası ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk”.
Altv1.info.az “AzPolitika.info” istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə erməni mediasının sualını cavablandırarkən deyib.
“Mövcud məlumatlara görə, regionda humanitar vəziyyət pisləşir. Təəssüflə bildirmək məcburiyyətindəyik ki, tədarükün dayandırılması səbəbindən insanlar ərzaq, zəruri mallar və dərman ehtiyatları olmadan qala bilər. Bu, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmalarına, o cümlədən 9 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına ziddir. Biz Bakı və İrəvanı bütün məsələləri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməyə çağırırıq” - deyə, Zaxarova bildirib.
Rusiya XİN-nin sözçüsü Laçın yolunun məhz ermənilər tərəfindən törədilən təxribatlar nəticəsində bağlanıldığını “unudaraq” Azərbaycan tərəfinə çağrış edib. Bakını vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin mülki məqsədlər üçün Laçın yolundan maneəsiz hərəkətini təmin etməyə çağırıb,
Rusiya XİN sözçüsünün bu bəyanatı bölgədəki real duruma zidd olmaqla yanaşı, sözsüz ki, birtərəfli və qərəzlidir.

XƏBƏR LENTİ