Siyəzəndə 3 nəfər dənizdə batıb - Adları AÇIQLANDI

44 24-07-2023, 10:58 Gündəm

Siyəzəndə 3 nəfər dənizdə batıb - Adları AÇIQLANDI

Siyəzəndə dənizdə 3 nəfər batıb.
Bu barədə Altv1.info.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub", - məlumatda qeyd olunub.
"Report"un məlumatına görə, iyulun 23-ü axşam saatlarında dənizdə boğulanlar - Zarat kənd sakinləri 2007-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlu, 2006-cı il təvəlludlü Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini 2006-cı il təvəllüdlü Əhmədov Nemət Əbdül oğlu olublar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

Altv1.info.az

XƏBƏR LENTİ