Külli miqdarda vergi borcu olan şirkət tenderdə qalib seçildi - 323 min manatdan çox

75 27-07-2023, 10:32 Gündəm

Külli miqdarda vergi borcu olan şirkət tenderdə qalib seçildi - 323 min manatdan çox

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi"nin "Yeni Klinika" tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat və tibbi ləvazimat mallarının satın alınması (II elan)" elan etdiyi tender vaşa çatıb.
Altv1.info.az xəbər verir ki, tenderin qalibi Paşa K Firması olub. Tərəflır arasında 70.208,4 AZN-lik müqavilə imzalanıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən tenderin qalibi olan şirkətin dövlətə külli miqdarda vergi borcu var. Paşa K Firmasının hazırki vergi borcu 323min 196 AZN-dir.
Nizamnamə kapitalı 2 AZN olan bu firmanın qanuni təmsilçisi Elxan Rzayev Abduləli oğludur.
Qeyd edək ki, İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ"nin direktoru Zaur Əliyevdir.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Altv1.info.az

XƏBƏR LENTİ