Qazaxda avtomobil sərxoş piyadanı vuraraq öldürüb

26 17-12-2023, 12:00 Hadisə

Qazaxda avtomobil sərxoş piyadanı vuraraq öldürüb

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn Mercedes markalı avtomobil tərəfindən vurulub.
Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Altv1.info.az

XƏBƏR LENTİ