On yaşlı uşaq su kanalına düşdü

20 27-12-2023, 11:00 Hadisə

On yaşlı uşaq su kanalına düşdü

Biləsuvarda 10 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Altv1.info.az xəbər verir ki, hadisə rayonun Qaragüvəndikli kəndində qeydə alınıbelə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Xankişiyev Vasif Rasim oğlu ehtiyatsızlıqdan su kanalına düşüb. Suda boğularaq ölən azyaşlının meyitini tapmaq mümkün olmayıb.
Hazırda axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.

Altv1.info.az

XƏBƏR LENTİ