6 nəfəri daşıyan helikopter qəzaya düşdü

22 14-02-2024, 13:30 Hadisə

[center]6 nəfəri daşıyan helikopter qəzaya düşdü[/center
ABŞ-də içərisində 6 nəfərin olduğu helikopterin Kaliforniyanın Moxave səhrasında qəzaya uğradığı bildirilib.
Altv1.info.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da 6 nəfərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı Sen Bernandino əyalətinin polisi açıqlama verib.

Açıqlamada, helikopterin ötən gecə Las Veqasın təxminən 150 kilometr cənub-qərbində, Mojave səhrasındakı kiçik bir qəsəbə yaxınlığında qəzaya düşdüyünü bildirib.

Səlahiyyətlilər Palm Springs hava limanından havaya qalxan göyərtəsində 6 nəfərin olduğu helikopterin Nevada ştatına gedərkən qəzaya uğradığını və qəzanın səbəbinin hələ müəyyən edilmədiyini bildirib.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) açıqlamasında, qəzada sağ qalanların olub-olmadığını müəyyən etmək mümkün olmadığı və axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

XƏBƏR LENTİ