Bir ailənin beş üzvü yol-nəqliyyat hadisəsində xəsarət alıb

42 8-07-2023, 12:41 Hadisə

Bir ailənin beş üzvü yol-nəqliyyat hadisəsində xəsarət alıb

Salyanda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Altv1.info.az- məlumatına görə, hadisə rayonun "Stansiya" yaşayış massivində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil "Zaporojets" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1990-cı il təvəllüdlü Rauf İbrahim oğlu Quliyev, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Minurə Mehman qızı Quliyeva, onların övladları, 2014-cü il təvəllüdlü Mələk Quliyeva, 2017-ci il təvəllüdlü Z.Q. və 2018-ci il təvəllüdlü R.Q. müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ