Kəngərlidə tikinti uçdu: Xəsarət alanlar var

11 9-07-2023, 21:50 Hadisə

Kəngərlidə tikinti uçdu: Xəsarət alanlar var

Altv1.info.az- xəbər verir ki, hadisə bu gün rayonun Qıvraq qəsəbəsində qeydə alınıb.
Tikilinin uçması nəticəsində Kəngərli rayon Şahtaxtı kənd sakini, 1965-ci il təvəllüdlü Babayev Elşən İsmayıl oğlu və Kəngərli rayon Xok kənd sakini, 1961-ci təvəllüdlü Pənahov Vaqif Firudin oğlu dağıntının altında qalıblar. Qəsəbə sakinlərinin köməkliyi ilə zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ