Xaçmazda ağır avtomobil qəzası: Üç nəfər xəsarət aldı

16 9-07-2023, 22:05 Hadisə

Xaçmazda ağır avtomobil qəzası: Üç nəfər xəsarət aldı

Xaçmazda ağır avtomobil qəzası nəticəsində 3 nəfər xəsarət alıb.
Altv1.info.az-ın/məlumatına görə, Xaçmaz-Niyazoba avtomobil yolunda "KamAz" markalı yük avtomobili ilə "Nissan" markalı minik avtomobili toqquşub.
Nəticədə 1957-ci il təvəllüdlü Turablı Vidadi Turab oğlu, 1941-ci il təvəllüdlü Hüseynov Vaqif Zabulla oğlu və 1959-cu il təvəllüdlü Şirinov Gülnaz Bəhlul qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ